Sürücü-feldşerlər üçün təkmilləşdirmə kursları keçirilir

A- A A+

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Nazirliyin göndərişi əsasında sürücü-feldşerlər üçün “Təcili və təxirəsalınmaz tibbi yardım” üzrə təkmilləşdirmə kurslarına start verilib. İlk mərhələdə muxtar respublikanın Culfa, Ordubad, Babək, Şahbuz və Kəngərli rayonlarının səhiyyə müəssisələrində və onların tabeliyində çalışan, o cümlədən Sədərək Gömrük İdarəsində işləyən təcili tibbi yardım feldşer və sürücüləri olmaqla 24 nəfər kurslarda iştirak edir. Onlar öz ixtisasları üzrə Naxçıvan Tibb Kollecində nəzəri, Naxçıvan şəhərinin tibb müəssisələrinin təcili tibbi yardım şöbələrində isə praktiki təcrübə keçirlər. Təcrübə kursu həkim Əkrəm Məmmədli tərəfindən tədris olunur. Kursları bitirənlər imtahandan keçərək sertifikat alacaqlar.

Kurslara noyabrın 25-dən start verirlib və 18 iş günü davam edəcək.

 

 

 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: