Azad Cabbarov İstanbulda keçirilən Gənclik Festivalına qatılıb

271

NUHÇIXAN xəbər verir ki, dekabrın 2-dən 6-dək Türkiyənin İstanbul şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 3-cü Gənclik Festivalı keçirilir. Tədbirdə Azərbaycan nümayəndə heyətinin rəhbəri, Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman naziri Azad Cabbarov Azərbaycan, o cümlədən Naxçıvanla bağlı geniş məlumat verib və ölkə gənclərinin fəaliyyətini əks etdirən slayd nümayiş olunub.

Qeyd edək ki, Festivalda Türk Şurasının üzvü olan Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Macarıstan və Özbəkistan, qonaq ölkələr, Türkmənistan və Şimali Kipr Türk Respublikasının ümumilikdə 121 nəfər nümayəndəsi iştirak edir.

Festival çərçivəsində gənclik layihələri, gənclik problemləri və könüllülük seminarları, ortaq mədəniyyətimiz və tariximizə dair konfrans, gənclik mərkəzinə ziyarətlər, ortaq fəaliyyətlər, könüllü fəaliyyətlər və İstanbulun tarixi və mədəniyyət yerlərini ziyarətlər nəzərdə tutulur.

Proqram çərçivəsində reallaşdırılacaq səhnə əsərləri və konsert proqramında iştirakçılar öz ölkələrinin xalq oyunları, mədəni musiqisi və çıxışlarını nümayiş etdirmək imkanı əldə edəcəklər.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: