Daşınmaz əmlakın qeydiyyatı sadələşdirilib

A- A A+

Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Komitədə daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarışların verilməsinə başlanıb. Yenilik daşınmaz əmlakın qeydiyyatı prosesinin daha da sadələşdirilməsi, bu sahədə operativliyin artırılmasına xidmət edir.

Daşınmaz əmlakın elektron qeydiyyatı sisteminin proqram təminatı yenilənib və müvafiq funksionallıq yaradılıb. Komitənin internet səhifəsində elektron xidmətlər bölməsinə “Daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarışın verilməsi” və “Daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarışın yoxlanılması” xidmətləri əlavə edilərək Naxçıvan Muxtar Respublikasının Elektron Hökumət Portalına inteqrasiya olunub. 

Hüquq sahibləri müvafiq xidmətdən istifadə etməklə daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarışı müəyyən edilmiş müddət ərzində Naxçıvan Muxtar Respublikasının Elektron Hökumət Portalından onlayn qaydada əldə edə bilərlər. Həmçinin vətəndaşlar və aid dövlət orqanları üçün portal vasitəsi ilə çıxarışın qeydiyyat nömrəsini və daşınmaz əmlakın reyestr nömrəsini daxil etməklə onun həqiqiliyini yoxlamaq imkanı yaradılıb.

Qeyd edək ki, Komitənin internet saytında daşınmaz əmlakla bağlı əməliyyatların aparılması, o cümlədən daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların verilməsi ilə bağlı tələb olunan ödənişlərin əvvəlcədən hesablanması üçün “əmlak kalkulyatoru” da istifadəyə verilib. 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: