“Rəqəmsal ödəniş”lər günün tələbidir - FOTOLAR
Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Culfa rayonunun Bənəniyar kəndində və Ordubad rayonunun Sabirkənd kəndində kart sahiblərinin iştirakı ilə “Rəqəmsal ödəniş”lərin genişləndirilməsi istiqamətində növbəti görüş keçirilib.
Çıxışlarda nağdsız ödənişlərin üstünlüklərindən məlumat verilib.
Diqqətə çatdırılıb ki, muxtar respublikamızın ödəniş infrastrukturu dünya praktikasında mövcud olan ənənəvi ödəniş sistemləri baxımından ən müasir tələblərə cavab verir.
Sonra tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb və hazırlanmış bukletlər paylanılıb.