Ekskursiya işinin təbliği diqqət mərkəzində

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Turizm Departamentinin təşkilatçılığı ilə Naxçıvan Dövlət Universiteti və “Naxçıvan” Universitetinin “Turizm və otelçilik” ixtisası üzrə təhsil alan tələbələri üçün “Ekskursiya işinin təşkili” mövzusunda seminar və praktik məşğələ keçirilib. Tələbələrə ekskursiyanın təşkil olunması haqqında geniş məlumat verilib, ekskursiyanın ümumi xüsusiyyətləri, təsnifatı, hazırlanma texnologiyası, keçirilmə texnikası və ekskursiya aparılmasının əsas metodik üsullarından bəhs edilib, müvafiq sxemlər slayd vasitəsilə nümayiş etdirilib. 

Daha sonra Naxçıvan Dövlət Xalça Muzeyində mövzu ilə bağlı praktik məşğələ keçirilib, ekspozisiyalara baxış olub.

Tədbirdə bildirilib ki, Departament “Turizm və otelçilik” ixtisası üzrə təhsil alan tələbələrinin iştirakı ilə müxtəlif formatlı tədbirlərin keçirilməsini diqqət mərkəzində saxlayır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: