Məcburi dövlət sosial sığorta haqqını ödəyənlər sığorta stajı qazanır - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Culfa rayon şöbəsi tərəfindən “Məcburi dövlət sosial sığorta haqqını ödəyən hər bir vətəndaş sığorta stajı qazanmış olur” mövzusunda maarifləndirici tədbir keçirilib.

Vurğulanıb ki, rayonda əmək pensiyalarının və məcburi dövlət sosial sığorta üzrə müavinətlərin vaxtında əhaliyə çatdırılması, yeni əmək fəaliyyətinə başlayan sığortaolunanların sosial sığorta şəhadətnamələri ilə təmin edilməsi və sığortaolunanların fərdi uçotunun aparılması qanunvericiliyə uyğun həyata keçirilir.

Tədbirdə yeni əmək fəaliyyətinə başlayan sığortaolunanlara sosial sığorta şəhadətnaməsi təqdim edilib. Sonda mövzu ilə bağlı suallar cavablandırılıb.
 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: