Naxçıvan Müəllimlər İnstitutunda pedaqoji təcrübənin yekun konfransı olub - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Müəllimlər İnstitutunun Təbiət və incəsənət fakültəsinin IV kurs Təsviri incəsənət müəllimliyi və Təhsildə sosial-psixoloji xidmət ixtisası tələbələrinin 2019-2020-ci tədris ilinin birinci yarısında 8 həftə müddətində  Naxçıvan şəhər məktəblərində yerinə yetirdikləri  pedaqoji təcrübənin yekun konfransı keçirilib.

Konfransda İnstitutun prorektoru  Azad Novruzov  tələbələrin bilik və bacarıqlarının formalaşmasında pedaqoji təcrübənin əhəmiyyətindən danışıb. Bildirilib ki, təcrübə müddətində İnstitutun tələbələri Naxçıvan şəhər orta ümumtəhsil məktəblərinin müəllim və şagird kollektivi ilə birlikdə müxtəlif səpkili tərbiyəvi tədbirlər hazırlayıb, dəyirmi masalar keçiriblər. Tələbələr göstərdikləri fəallıqlarına görə məktəb rəhbərliyi tərəfindən diplomlarla təltif olunublar.

Sonra pedaqoji təcrübə rəhbəri Təranə Əliyeva və Təbiət və incəsənət fakültəsinin dekanı, dosent  Rövşən Vəliyev Pedaqoji təcrübə müddətində metodistlər, psixoloqlar, pedaqoqlar və təcrübəçi tələbələr tərəfindən yerinə yetirilən işlər haqqında  çıxış ediblər.

Sonda pedaqoji təcrübənin yekunlarına dair metodiki sərgiyə baxış olub.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: