Yüksəkixtisaslı kadrlar hazırlanır - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə hamiliyə verilən Naxçıvan Dövlət Universitetinin “Ekologiya mühəndisliyi” ixtisası üzrə təhsil alan tələbələri Duzdağ Fizioterapiya Mərkəzi və Sədərək Rayonundakı Su Monitorinq Laboratoriyasında olublar.

Duzdağ Fizioterapiya Mərkəzində tələbələrə məlumat verilib ki, dəniz səviyyəsindən 1173 metr yüksəklikdə yerləşən və dağın altına doğru 300 metr uzanan mərkəzdə yüksək səviyyəli xidmət şəraiti yaradılıb. Son illərdə ölkəmizin müxtəlif rayonlarından, habelə dünyanın bir çox yerlərindən bronxial-astma xəstələri buraya gələrək müalicə alırlar. 

Sədərək rayonunun Heydərabad qəsəbəsində yerləşən və yeni istifadəyə verilən Su Monitorinq Laboratoriyasında gənc ekoloqlara bildirilib ki, laboratoriya müasir avadanlıqlarla təchiz edilib. Qeyd olunub ki, laboratoriyada atom elektrik stansiyalarında istifadə olunan radioaktiv elementlərin nüvə parçalanmasından əmələ gələn tritium izotopunu təyin edən “TRİ CARB” cihazı quraşdırılıb.

Tələbələr həmçinin, Hidrometeorologiya İdarəsinin Sədərək Meteoroloji Stansiyası, Arpaçay Dövlət Təbiət Yasaqlığı ilə də tanış olublar.

Nurlan Sadiqov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: