Naxçıvanda Hüseyn Cavidin anım günü qeyd olunub

A- A A+

Hüseyn Cavidin yenidən xalqımıza və ədəbiyyatımıza qaytarılmasında ümummilli lider Heydər Əliyevin xidmətləri əvəzsizdir.

NUHÇIXAN xəbər verir ki, bu barədə Hüseyn Cavidin ev-muzeyi və xatirə kompleksində dahi şair və dramaturqun anım gününə həsr olunmuş tədbirdə ətraflı danışılıb.

Əvvəlcə Hüseyn Cavidin məqbərəsi ziyarət edilib. Muzeydə davam edən tədbirdə çıxış edən Hüseyn Cavidin ev-muzeyi və xatirə kompleksinin direktoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi Bəhruz Axundov böyük Azərbaycan şairinin həyat və yaradıcılığından, Cavid şəxsiyyətinə və irsinə dövlət qayğısından söz açıb.

Bildirilib ki, görkəmli dövlət xadimi, ümummilli lider Heydər Əliyevin böyük qayğısı və diqqəti nəticəsində Hüseyn Cavidin 100 illik yubileyi Azərbaycanda təntənə ilə keçirilib, cənazəsi Uzaq Sibirdən Azərbaycana gətirilərək doğulduğu Naxçıvan torpağına tapşırılıb. Bakı və Naxçıvan şəhərlərində ustad sənətkarın abidələri ucaldılıb, xatirə muzeyləri yaradılıb.

Sonra filologiya üzrə fəlsəfə doktoru, dosent Xanəli Kərimli “Azərbaycan ədəbiyyatında repressiya dövrü”, pedaqogika üzrə elmlər doktoru, dosent Kamal Camalov “Əbədiyaşar Cavid”, Hüseyn Cavidin ev-muzeyi və xatirə kompleksinin bələdçisi Sona Mirzəyeva “Vətənə qayıdış” mövzularında çıxış ediblər.

Tədbirin sonunda görkəmli şairin şeirləri bədii qiraət edilib, muzeyin ekspozisiyasına baxış olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: