Özgüvənin həyatımızdakı rolu müzakirə olunub

A- A A+

NUHÇIXAN xəbər verir ki, “Naxçıvan” Universitetində gənclərə “Fərdi inkişaf təlimi” adı altında “Özgüvənin həyatımızda rolu” mövzusunda seminar keçirilib.

Keçirilən təlimin məqsədi gənclərdə özünəinam hissini formalaşdırmaq və gənclərin zəngin dünyagörüşünə, dünyəvi biliklərə malik güclü şəxsiyyət kimi yetişdirməkdir.

Təlimdə “Optimal” Qrup MMC-nin psixoloqu Əsmər Rzayeva bildirib ki, özünəinam hissi insanın özünə güvənməsi, sevməsi, bütün gözəlliklərə layiq olduğuna inanması, öz mənliyinə olan hörmətin, özünə qarşı məmnuniyyətin ifadəsidir. Özünəinam hissi sonradan yaranan bir proses deyil və bu hiss insanla birgə doğulur və formalaşır. Yaşadığı mühit və cəmiyyət insanda özünəinam hissinin formalaşmasında mühüm rol oynayır. Daha sonra “Özgüvən nədir?”, “Özgüvəni necə artırmalı?”, “Özünəinam hissini yenidən necə qazana bilərik?” mövzularında gənclərlə birlikdə müzakirələr aparılıb. Sonda gəncləri maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, Gənclər və İdman Nazirliyinin, Yeni Azərbaycan Partiyası Naxçıvan MR Təşkilatının, Heydər Əliyev adına Gənclər Birliyinin və “Optimal” Qrup MMC-nin birgə təşkilatçılığı ilə keçirilən təlimdə 120 nəfər gənc iştirak edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: