Qış mövsümündə ehtiyatlı olaq

A- A A+

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Nazirliyin və  Kəngərli rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə maarifləndirici tədbir keçirilib.

Tədbirdə yaşayış məntəqələrində qış mövsümü dövründə qaz cihazlarından istifadə zamanı texniki və yanğın təhlükəsizlik qaydalarına əməl olunması, yaşayış sahələrində dəm qazından zəhərlənmə hallarının baş vermə səbəbləri, onun qarşısının alınması ilə bağlı görüləcək işlərdən danışılıb.

İştirakçılara idarə, müəssisə və təşkilatların, həmçinin ictimai yaşayış binalarının qızdırılması üçün quraşdırılmış qazanxanalarda texniki və yanğın təhlükəsizliyinə riayət olunması, qaz cihazlarından düzgün istifadə edilməsi və dəm qazından zəhərlənmə hallarının qarşısının alınması haqqında vacib tövsiyələr verilib.  Qaz cihazlarından istifadə və yanğın təhlükəsizliyi qaydaları ilə bağlı slayd və videoçarx təqdim olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: