Culfada yeni qurulucuq ünvanları 

A- A A+

Muxtar respublikamızda həyata keçirilən yenidənqurma və təmir-bərpa işləri Culfa rayonunda da sürətlə davam edir. Şəhər mərkəzi və kəndlərimiz yenilənir, müasir görünüşə qovuşur. Hazırda  Heydər Əliyev prospektində yol və səkilər yenidən qurulur, “Naxçıvan Dəmir Yol” MMC-nin Culfa Yük və Sərnişin Daşımaları İdarəsi üçün inzibati bina və Vaqon Təmiri Sexinin, Rabitə Evinin əsaslı təmir və tikintisi davam edir. Rayonda quruculuq ünvanlarından biri olan Culfa Rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsi üçün yeni inzibati bina və texniki qarajların tikintisi işləri uğurla davam etdirilir.

Artıq yeni inşa oluncaq beşmərtəbəli müşahidə qülləsinin təməli qoyulub.  Binada  iş otaqları, arxiv, müşahidə zalı yerləşəcək.     

"Arazın səsi" qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: