Hər bir ölkənin gələcəyi gəncliyin əlindədir

A- A A+

“Hər bir Azərbaycan gənci öz həyat yolunu müstəqil Azərbaycan Respublikasının gələcək yolu kimi qəbul etməlidir və öz həyatını qurarkən, özünü həyatda fəaliyyətə hazırlayarkən və fəaliyyətə başlayıb onu davam etdirərkən özü haqqında da düşünməlidir, ailəsi haqqında da düşünməlidir, ancaq hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir”. Ümummilli lider Heydər Əliyevin bu müdrik fikirləri hər bir Azərbaycan gəncinin fəaliyyət istiqamətini müəyyənləşdirir və onun qarşısına ümdə vəzifələr qoyur.

Bu gün ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda gənclərin potensialından səmərəli istifadə olunur, onların sosial müdafiəsinin təmin edilməsi, yaradıcılıq axtarışlarının stimullaşdırılması, hərbi-vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi və sağlam həyat tərzinin təbliği istiqamətində mühüm tədbirlər həyata keçirilir. Naxçıvan Muxtar Respublikasında da gənc nəsil hərtərəfli qayğı ilə əhatə edilib.  Məhz bunun nəticəsidir ki, AMEA Naxçıvan Bölməsində mövcud olan elmi potensial Naxçıvanın hərtərəfli öyrənilməsinə şərait yaradır. Bütün bunlarla yanaşı AMEA Naxçıvan Bölməsində də,  gənclərin elmə cəlb edilməsi prosesi uğurla həyata keçirilir. AMEA Naxçıvan bölməsində akademik İsmayıl Hacıyevin rəhbərliyi ilə elmə yeni addım atan gənclərə yüksək qayğı göstərilir.

Bölmənin gənc kadrları müxtəlif beynəlxalq konfranslarda, qrant layihələrdə və proqramlarda uğurla iştirak edirlər. 18 noyabr 2013-cü ildə təsis olunan və fəaliyyətə başlayan AMEA Naxçıvan Bölməsinin Gənc Alim və mütəxəssislər şurasında yaşı 40-dək olan 55 alim və mütəxəssis fəaliyyət göstərir. Onlardan 12 nəfərin elmi dərəcəsi və elmi adı vardır. Digər əməkdaşlarsa, doktorant və ya dissertantdırlar. AMEA Naxçıvan Bölməsinin Gənc Alim və Mütəxəssislər Şurası Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarının, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin, AMEA Rəyasət Heyətinin qərar və sərəncamlarının, həmçinin dövlət proqramlarının icrasında fəal iştirak ediblər. 

“Azərbaycan Respublikasında “Elm günü”nün təsis edilməsi haqqında”

Azərbaycan Respublikası Prezidenti 09 aprel 2018-ci il tarixli Sərəncam imzalayıb. Həmin Sərəncama uyğun olaraq 2019-cu ilin mart ayında AMEA Naxçıvan Bölməsində gənclərin iştirakı ilə “Elm həftəsi” keçirilib.

Naxçıvan Gənclər Fondunun təşkilatçılığı ilə keçirilən “Nəsimi həftəsi”ndə “Nəsimi irsinə dünyada maraq” mövzusunda məruzə edilib. AMEA Naxçıvan Bölməsində keçirilən “Azərbaycanın böyük şair və mütəfəkkiri: İmadəddin Nəsimi” konfransında məruzələr edilib.

26 noyabr 2019-cu il tarixdə Türk Şurası Gənc Liderlərinin Naxçıvan Forumuna qatılıblar.  

“Akademik Məmməd Cəfər Cəfərovun 110 illiyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidenti 15 aprel 2019-cu il tarixli Sərəncam imzalamışdır. Sərəncama uyğun olaraq AMEA Naxçıvan Bölməsində gənclərin iştirakı ilə “Akademik Məmməd Cəfər Cəfərovun-110” mövzusunda elmi konfrans və 17 may 2019-cu il tarixdə “Həyatını elmə həsr edən görkəmli alim: akademik Məmməd Cəfər Cəfərov” adlı interaktiv dərs keçirilib. 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri “Görkəmli alim Nemətullah Naxçıvani irsinin öyrənilməsi və tədqiqi haqqında” 2018-ci ildə imzaladığı Sərəncama uyğun olaraq “Nemətullah Naxçıvaninin “Əl-Fəvatih-ül-İlahiyyə-vəl-Məfatih-ül-Qeybiyyə” (Quranın kəlmə və hikmətlərini açıqlayan Qeybin açarı və ilahi fəthi) kitabının I və II cildləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub, III cildi üzərində tərcümə və redaktə işləri davam etdirilir. Bu işdə də gənc alimlər daha fəal olublar. Kitabın tərcüməçisi filologiya üzrə fəlsəfə doktoru Nərgiz İsmayılova, elmi redaktoru filologiya üzrə fəlsəfə doktoru Rəşad Zülfüqarovdur. 

Bu il mayın 23-24-də Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi Gənc Alim və Mütəxəssislər Şurasının və Naxçıvan Gənclər Fondunun birgə layihəsi çərçivəsində “Naxçıvandan Konyaya bir körpü: Nemətullah Naxçıvani” adlı beynəlxalq konfransı təşkil olundu. Gənclərdən ibarət heyət Türkiyə Respublikasının Konya şəhərinə gedərək Səlcuq Universitetində ilk dəfə olaraq gənclərin təşkilatçılığı, xarici ölkədən olan nüfuzlu alimlərin iştirakı ilə beynəlxalq konfransda iştirak ediblər. 

Həmçinin gənclərin fəal iştirakı ilə bu il iyulun  5-dən 7-dək  “Görkəmli Azərbaycan mütəfəkkiri: Nemətullah Naxçıvani” mövzusunda beynəlxalq konfrans keçirildi. 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinin Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyinin qeyd edilməsi üçün Tədbirlər Planının təsdiq edilib. Bununla bağlı “Naxçıvanının muxtariyyəti: tarixdə və günümüzdə” mövzusunda keçirilən respublika konfransında gənclər fəal iştirak ediblər.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 3 aprel 2019-cu il tarixli Sərəncamından irəli gələn vəzifələrə uyğun olaraq Naxçıvan Dövlət Universitetinin tələbələri görüş keçirilib, onlara Bölmə, onun elmi-tədqiqat müəssisələri haqqında geniş məlumat verilib, uyğun şöbə və laboratoriyaların fəaliyyəti ilə tanış ediliblər.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri “Ərtoğrol Cavidin 100 illik yubileyinin keçirilməsi haqqında” 18 aprel 2019-cu il tarixli Sərəncam imzalayıb. Həmin Sərəncama uyğun olaraq 24 sentyabr 2019-cu il tarixdə AMEA Naxçıvan Bölməsinin təşkilatçılığı və Naxçıvan Muxtar Respublikasındakı ali təhsil müəssisələrinin iştirakı ilə “Azərbaycan qeyri-maddi mədəniyyət abidələri və Ərtoğrol Cavid” mövzusunda elmi konfrans keçirilib. Gənc alimlər həmin konfransda məruzə ediblər. 21 oktyabr 2019-cu il tarixdə “Ərtoğrol Cavid: həyatı və irsi” mövzusunda interaktiv dərs keçirilib.

AMEA-nın 75 illik yubileyi ilə bağlı olaraq hazırlıq işlərində gənclərimiz öz fəallığı ilə fərqlənir. 

AMEA Naxçıvan Bölməsinin elmi-tədqiqat institutlarında çalışan bir neçə gənc əməkdaşın əldə etdiyi nəticələr Bölmənin illik mühüm elmi nəticələrinə daxil edilib. 

Gənc alimlərin 2019-cu ildə 139 yerli, 11 xarici nəşrlərdə elmi əsərləri çap olunub.


Nərgiz İsmayılova
AMEA Naxçıvan bölməsi
Filologiya üzrə fəlsəfə doktoru

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: