Sələsüzdə mərasim evi istifadəyə verildi

A- A A+

NUHÇIXAN xəbər verir ki, Şahbuz rayonunun Sələsüz kəndində yeni mərasim evi istifadəyə verilib. 140 yerlik mərasim evinin ümumi sahəsi 120 kvadratmetrdir, 2 zal və mətbəxdən ibarətdir. Mətbəx və zallarda lazımi şərait yaradılıb.

Mərasim evinin istifadəyə verilməsi münasibətilə kənddə keçirilən tədbirdə Qurani-Kərimdən ayələr oxunub, şəhidlərimizin ruhuna dualar edilib.

Rayonun axundu Camal Camalov və kənd ziyalısı Vilayət Nəsirov çıxışlarında bildiriblər ki, mərasim evinin inşa edilməsində dövlət dəstəyi ilə yanaşı, sahibkarlar, iş adamları və kənd sakinləri  də yaxından iştirak ediblər.

Çıxış edənlər kənd sakinləri adından belə mərasim evlərinin tikilməsi və kəndlərdə aparılan quruculuq işlərinə görə dövlətimizə minnətdarlıqlarını bildiriblər.

Mərasim evində ehsan süfrəsi açılıb.

Məhəmməd Fərəcov

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: