Proqnoz tapşırığa 115,7 faiz əməl olunub

A- A A+

Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, 2019-cu ilin noyabr ayında Naxçıvan Muxtar Respublikasının Vergilər Nazirliyi üzrə müəyyənləşdirilmiş proqnoz 115,7 faiz icra edilib. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,3 faiz çoxdur. Daxil olmuş vəsaitlərin mənbəyinə gəldikdə, onların 30,4 faizi dövlət sektorunun, 69,6 faizi isə özəl sektorun payına düşüb. 

Qeyd edilən dövrdə vergi daxilolmaları da əhəmiyyətli dərəcədə artıb. Belə ki, məcburi dövlət sosial sığorta haqları üzrə proqnoza 134,1 faiz, işsizlikdən sığorta üzrə proqnoza isə 119,5 faiz əməl edilib. 

Vergilər Nazirliyinin “bir pəncərə” qeydiyyat sistemi vasitəsi ilə 2019-cu ilin noyabr ayında 6 hüquqi şəxs dövlət qeydiyyatına və 251 fiziki şəxs sahibkarlıq uçotuna alınıb. Qeyd edək ki, sahibkarlıq uçotuna alınan fiziki şəxslərin 72,1% muxtar respublikanın rayonlarının payına düşüb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: