Yol hərəkəti qaydalarına riayət edək

A- A A+

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, dekabrın 9-da Naxçıvan Tibb Kollecində maarifləndirici tədbir keçirilib. Nəqliyyat hadisələrinin qarşısının alınması, yollarda təhlükəsizlik mühitinin yaradılması məqsədilə keçirilən tədbirdə Kollecin 1-ci kurs tələbələri iştirak edib.

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Yol Polisi İdarəsinin Təbliğat üzrə baş inspektoru polis baş leytenantı Ayaz İsmayılov yol hərəkətinin təhlükəsizliyi tədbirlərinin təbliğinə dair Dövlət Yol Polisinin fəaliyyəti haqqında dinləyicilərə məlumat verib. Yol-nəqliyyat təhlükəsizliyinin təmin olunmasında profilaktiki tədbirlərin və maarifləndirmə işlərinin əhəmiyyətindən danışıb.

Tədbirdə vurğulanıb ki, ictimai nəqliyyatdan istifadə edən tələbələr vətəndaş öhdəlikləri və hüquqlarını bilməli, həmin proseslərdə fəal olmalı, yol təhlükəsizliyi qaydalarına riayət etməli, məsuliyyətli olmalıdırlar.

Tədbirin sonunda tələbələrin sualları cavbalandırılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: