Ordubadda qanunsuz ov edən şəxslər saxlanılıb

A- A A+

NUHÇIXAN xəbər verir ki, Ordubad Rayon Polis Şöbəsinə daxil olan məlumat əsasında bölmənin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində Unus kənd sakini Müşfiq Quliyev və Pəzməri kənd sakini Mehdi Bilalov saxlanılıblar.  

Onlar Unus kənd ərazisində yerləşən Qalaqayası dağında qanunsuz silah vasitəsilə adı “Qırmızı kitab”a düşən və ovlanması qadağan edilən  Bezuar keçisinin ovlayıblar.

Saxlanılan şəxslər tutduqları əməldən  peşman olduqlarını bildiriblər.

Fakt üzrə həmin şəxslər barəsində qanuna müvafiq olaraq tədbirlər həyata keçiriləcək.

 

                                                                             Emin Novruzov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: