Xüsusi mühafizə olunan təbiət əraziləri diqqətdə saxlanılır

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyində xüsusi mühafizə olunan təbiət ərazilərinin direktorlarının iştirakı ilə müşavirə keçirilib.

Müşavirədə çıxış edən Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər naziri Mayis Əliyev bütün mövsümlərdə, xüsusilə qış mövsümündə xüsusi mühafizə olunan təbiət ərazilərində nəzarətin gücləndirilməsi, heyvanların ovlanması, flora və faunaya mənfi təsirlərin qarşısının alınması, həmçinin direktorlar tərəfindən əhalinin maarifləndirilməsi işinin gücləndirilməsinin əsas şərt olduğunu diqqətə çatdırıb.

Sonra çıxış edən nazirliyin şöbə müdiri Azər Məmmədov, Ordubad Milli Parkının direktoru Aydın Hüseynov, Şahbuz Dövlət Təbiət Qoruğunun  direktoru Həsənqulu Kərimov və Arpaçay Dövlət Təbiət Yasaqlığının direktoru Elşən Seyidov 2019-cu ildə qoruq, milli park və yasaqlıqlarda  görülən işlər barədə ətraflı məlumat veriblər.  Həmçinin yegerlərin forma ilə təminatı da daim diqqətdə saxlanılır.

Çıxış edənlər cari il ərzində aparılan reydlərin nəticəsini də diqqətə çatdırıblar.

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər naziri Mayis Əliyev müşavirənin sonunda qeyd edib ki, xüsusi mühafizə olunan təbiət ərazilərində yegerlər tərəfindən nəzarət gücləndirilməli və buraxılan nöqsanlar tezliklə aradan qaldırılmalıdır.

                                               Ərhan Novruzov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: