Hər bir azərbaycanlı üçün mühüm olan kitab - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Heydər Əliyev Muzeyində “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Yeni 2001-ci il, Yeni əsr və Üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciəti” kitabının müzakirəsi keçirilib.

Müzakirədə iştirak edən  “Naxçıvan” Universitetinin müəllimi, tarix üzrə fəlsəfə doktoru  Mehman Şabanov bildirib ki, muxtar respublikada mütəmadi olaraq “Oxunması zəruri olan kitablar Siyahısı”na daxil edilən bir sıra kitabın müzakirəsi təşkil olunur. Bu gün isə “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Yeni 2001-ci il, Yeni əsr və Üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciəti” kitabının müzakirəsi keçirilir. Bu kitab özündə bütün azərbaycanlılar üçün əhəmiyyət kəsb edən tarixi, siyasi-ideoloji hadisələri əhatə edir. Bu mənada həmin müraciətdəki mühüm məqamlarla tanış olmaq, öyrənmək hər birimiz üçün vacibdir. Bu müraciətdə milli tariximizin bütün dövr və mərhələlərinə yüksək peşəkarlıqla qiymət verilib, geridə qalan əsrlərdə baş vermiş ictimai-siyasi proseslər barədə obyektiv mülahizələr səsləndirilib və gələcək inkişaf yolları müəyyənləşdirilib.

Sonra gənclər kitab haqqında öz fikirlərini bildirib, fikir mübadiləsi aparıblar. Onlar muzeydə ümummilli liderin həyatı və siyasi fəaliyyətini əks etdirən eksponatlarla tanış olublar. 30 nəfər gəncin iştirak etdiyi tədbir Gənclər və İdman Nazirliyinin, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin birgə təşkilatçılığı ilə keçirilib.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: