Naxçıvan Dövlət Universitetinin tələbələri Almaniyaya təlimə göndərilir

A- A A+

Naxçıvan Dövlət Universitetinin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən NUHÇIXAN-a verilən məlumata görə, Naxçıvan Dövlət Universiteti Elektroenergetika ixtisasının tələbələrindən 7 nəfəri bir həftə ərzində Almaniyaya təlimə göndərilir. Günəş panellərinin istehsalı prosesi və digər alternativ enerji texnologiyalarının tətbiqi sahəsinə həsr olunan təlim  “Pure Energy Development” SARL şirkətinin Almaniyanın Wismar şəhərindəki fabrikində keçiriləcək.

 Universitetin rektoru Elbrus İsayev  tələbələrlə görüşüb, onlara uğurlar arzulayıb. Muxtar respublikanın enerji təhlükəsizliyinin təmin olunmasında alternativ və bərpaolunan enerji mənbələrindən istifadənin mühüm əhəmiyyətə malik olduğu diqqətə çatdırılıb. Rektor tələbələrin təlimdə iştirakını Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun universitetə birbaşa qayğısı kimi dəyərləndirib, gənclərə gələcəkdə əsl peşəkar kadr kimi formalaşıb muxtar respublikanın bu sahə üzrə mütəxəssisi olmağı tövsiyə edib.

Səadət Əliyeva

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: