Şagirdlər “Heydər Əliyev və Naxçıvan” sənədli filminə baxıblar

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan şəhər ümumtəhsil məktəblərinin şagirdləri və məktəbdənkənar təhsil müəssisələrinin dərnək üzvləri üçün Naxçıvan Televiziyasının hazırladığı “Heydər Əliyev və Naxçıvan” sənədli filmi nümayiş olunub.

Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində nümayiş olunan filmdə ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycan naminə həyata keçirdiyi məqsədyönlü tədbirlərdən geniş bəhs olunur. Sovetlər Birliyi və müstəqillik illərində Naxçıvan Muxtar Respublikasının inkişafı, iri sənaye və istehsal müəssisələrinin qurulması, 1990-1993-cü illərdə qədim diyarın düşmən təcavüzündən qorunub saxlanmasında atılan addımlar diqqətə çatdırılır. Vurğulanır ki, Heydər Əliyev müstəqil Azərbaycanın qurucusu və memarı, Nuh yurdu Naxçıvanın xilaskarıdır.

Şagirdlər dahi şəxsiyyət Heydər Əliyevin keçdiyi mənalı həyat yolu ilə bir daha yaxından tanış olublar.

Mahmud Hüseynov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: