Culfa rayonunda təsərrüfat sahibləri ilə görüş

A- A A+

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları Culfa rayonunun Gal kəndində ailə təsərrüfatı sahibkarlarının iştirakı ilə “Qışlama dövründə mal-qaranın zoobaytar qaydalarına uyğun yemlənməsinin, mikroelementlərə və duza olan tələbatının ödənilməsinin əhəmiyyəti” mövzusunda tədbir keçiriblər.

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, tədbiri nazirliyin şöbə müdiri Əyyub Abdullayev açaraq muxtar respublikada ailə təsərrüfatlarının inkişafı istiqamətində yaradılan şəraitdən, ailə təsərrüfatlarında heyvandarlığın daha da inkişaf etdirilməsi istiqamətlərindən danışıb.

Daha sonra nazirliyin əməkdaşları çıxışlarında mal-qaranın qışlama dövrü qaba və qüvvəli yemə olan təlabatının norma vahidləri haqqında məlumat veriblər.

Sonda sahibkarları maraqlandıran suallar cavablandırılıb, mütəxəssislərin hazırladıqları informasiya bukletləri tədbir iştirakçılarına paylanılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: