Naxçıvan Bölməsində “Heydər Əliyev-əbədiyaşar lider” mövzusunda tədbir keçirilib

A- A A+

AMEA-nın Naxçıvan Bölməsində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilən anım tədbiri keçirilib. AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsindən NUHÇIXAN-a verilən məlumata görə, tədbiri bölmənin sədri, akademik İsmayıl Hacıyev açaraq xalqımızın ümummilli lideri Heydər Əliyevin ölkəmizin hərtərəfli inkişafında, müstəqil Azərbaycanın dünya birliyində layiqli yer tutmasında müstəsna xidmətlərindən danışıb.

Sonra bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərlinin “Heydər Əliyev-əbədiyaşar lider” mövzusunda məruzəsi dinlənilib.

Daha sonra bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev və Əlyazmalar Fondunun direktoru, filologiya üzrə elmlər doktoru Fərman Xəlilov çıxış edərək bütün həyatını xalqına həsr edən ulu öndər Heydər Əliyevin milli mənəvi dəyərlərimizin qorunub saxlanılması istiqamətində imzaladığı tarixi fərman və sərəncamların əhəmiyyətindən, elm və mədəniyyətimizin inkişafına göstərdiyi diqqət və qayğıdan bəhs ediblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: