O yaşayır, yaşayacaq…

A- A A+

Böyük şəxsiyyətlər uca zirvəli dağlar kimidirlər. Onlardan məsafə baxımından uzaqlaşdıqca daha möhtəşəm və əzəmətli görünürlər…

Heydər Əliyev də uca zirvəli dağlara bənzəyir… Özünəməxsus vüqarı, əzmi və əzəməti ilə müstəqil dövlətimizin qurucusu və memarı kimi daim ürəklərimizdə yaşayır.

Konkret bir zamana sığmayan Heydər Əliyev həm də bütün zamanların ƏN BÖYÜK AZƏRBAYCANLIsıdır. 12 dekabr 2003-cü ildə cismən aramızdan ayrılsa da xalq sevgisi, el məhəbbəti ulu öndəri yaşadır və yaşadacaqdır.

Ümummili lider Heydər Əliyevə dərin sevgi və məhəbbət  həm də minlərlə mahnıda, şeirdə, tabloda və heykəltaraşlıq nümunələrində əbədiləşib.

NUHÇIXAN  o zaman Naxçıvan Dövlət Universitetinin tələbəsi olan Sahil Tahirlinin “Şərq qapısı” qəzetinin 16 dekabr 2003-cü il tarixli nömrəsində dərc edilən “O yaşayır, yaşayacaq…qanımızla qidalanan bayrağımın dalğasında” adlı şeirini təqdim edir:

 

Ölüm, sən ən acizmişsən,

bilməmişdim!

Cılız ölüm, zəif ölüm,

zərif ölüm!

Sənin məğlub olmağını

Bu vaxtadək görməmişdim,

Ölüm, sənə gülməmişdim!

O dahinin önündəcə

diz çökdün sən!

Gücsüz qaldın milyonların

Ürəyində şölələnən,

alovlanan

Sönməz sevgi qarşısında!

Ucuz ölüm, ona gücün

yetməz sənin,

Heydər adlı okeanda

Gedə bilməz, batar gəmin!

O yaşayır:

Türk ellərin Vətən adlı

nidasında,

Körpələrin inqəsində,

Anaların laylasında,

Babaların daşa dönmüş

sədasında yaşayır o!

Kim deyir ki, yaşamır o,

yaşamaz o?!

Kim deyir ki, dərdimizi daşımır o,

daşımaz o?!

Bizimlədir…

Qanımızda, canımızda

Ruhumuzda yaşayır o,

Şuşa, Laçın, Naxçıvanda,

Ağdamımda, Zəngilanda

yaşayır o!

Xocalılı, Qarabağlı

dərdimizi daşıyır o!

Ulu türkün yer titrədən

nərəsində,

Zəngəzurun, Kəlbəcərin

haqq səsində,

Xalqımızın od göyərdən

sinəsində

Yaşayır o!

Günəşlə Ay  Heydər deyir,

O tay, bu tay Heydər deyir!

Bütün cahan Heydər deyir!..

O canların müstəqillik

mayasında,

Nəfəs alır yaşayır o,

Qanımızda qidalanan

bayrağımın dalğasında!

O yaşayır, yaşayacaq

O yaşadır, yaşadacaq!

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: