Fövqəladə Hallar Nazirliyində Ulu öndərə həsr edilən tədbir olub

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilib.

Ulu öndərin xatirəsi bir dəqiqəlik sükutla yad ediləndən sonra fövqəladə hallar nazirinin müavini general-mayor Hikmət Kərimov bildirib ki, əgər XX yüzilliyin sonunda Heydər Əliyev kimi qüdrətli şəxsiyyətimiz olmasaydı, müstəqilliyimizi qoruyub saxlaya bilməyəcəkdik. Azərbaycan xalqı fəxr edir ki, onun Heydər Əliyev kimi bir rəhbəri olub. Heydər Əliyev öz xalqının dahi oğlu olmaqla yanaşı, həm də dünyanın ən qüdrətli tarixi simaları sırasına yüksəlmiş  nadir  şəxsiyyətdir.

Tədbirdə nazirliyin əməkdaşları Rəcəb Səfərov «Heydər Əliyev Azərbaycan ordusunun qurucusudur», Anar Əhmədov «Heydər Əliyev Azərbaycan qədər əbədi» və Azadə Cəfərova «Heydər Əliyev müasir gənclər siyasətinin banisidir» mövzularında çıxış ediblər.

Tədbirdə ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən slaydlar və videofilm iştirakçılara təqdim olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: