Ümummilli lider Heydər Əliyev Orta İxtisas Polis Məktəbində anılıb

A- A A+

NUHÇIXAN xəbər verir ki, Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbində ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilib.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad ediləndən sonra  Orta İxtisas Polis Məktəbinin rəisi, polis polkovnik-leytenantı Kamil Məmmədəliyev qeyd edib ki, Azərbaycanda, onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında daxili işlər orqanlarının inkişafı ulu öndər Heydər Əliyevin xidmətləri nəticəsində mümkün olub. Ümummilli liderimiz 1969-cu ildə Azərbaycana rəhbər seçiləndən sonra daxili işlər orqanlarına da dövlət qayğısı güclənib, Vətəninə və xalqına sədaqətli kadrların irəli çəkilməsinə, əməkdaşların vətənpərvərlik, milli dəyərlər əsasında təlim-tərbiyəsinə, peşəkarlığının yüksəldilməsinə xüsusi diqqət yetirilib.

Muxtar respublikamızda da polis orqanları diqqət və qayğı ilə əhatə olunub. Son illər Naxçıvan Muxtar Respublikası daxili işlər orqanlarının maddi-texniki bazası ən müasir səviyyəyə çatdırılıb, fəaliyyətinin günün tələbləri səviyyəsində təşkili təmin edilib.

Məktəbin Tədris Metodiki Bölməsinin baş müəllimi, polis-kapitanı Gülnarə Zeynalova “Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti”, kursantlardan İlyas Babayev “Ümummilli lider Heydər Əliyevin fəaliyyətinin  Naxçıvan dövrü”, Tayfur Cabbarlı “Ulu öndər Heydər Əliyev və Azərbaycan Polisi” mövzularında çıxış ediblər.

Sonda Naxçıvan Televiziyasının hazırladığı “Müstəqil və Qüdrətli Azərbaycan Naminə 50 il” filmi nümayiş etdirilib.

Turab Hacızadə

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: