İctimai şuralar sabitliyin qorunmasında fəaldırlar - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Şəhər Polis İdarəsi Əliabad qəsəbəsində ictimai şuralarla birgə tədbir keçirib.

Tədbirdə Naxçıvan Şəhər Polis İdarəsinin rəisi, polis polkovnik leytenantı Mirzə Cəlilov bildirib ki, bu gün öz ətrafında 47 nəfər üzvü birləşdirən ictimai şuraların səmərəli fəaliyyəti, onların daim əhali arasında olması ictimai asayişin, abadlığın, yaşıllıqların qorunmasına, cəmiyyətdə cinayətlərin, neqativ halların, ailə münaqişələrinin xeyli azalmasına səbəb olub. Onlar yerlərdə polisin yaxın köməkçiləri olmaqla məqsədyönlü fəaliyyət göstərirlər.

Naxçıvan Şəhər Polis İdarəsinin İctimai Təhlükəsizlik Bölməsinin rəisi, polis mayoru Tahir Babayev Naxçıvan şəhərində hərəkətin təhlükəsizliyinin təmin olunmasında post-patrul xidməti və Dövlət Yol Polisi Bölməsi əməkdaşları ilə yanaşı ictimai şuraların da yaxından iştirak etdiyini diqqətə çatdırıb. Aparılan tədbirlər sayəsində ailə-məişət zəminində baş verən hüquqpozmaların qarşısı alınıb, yol hərəkəti təhlükəsizliyinin qorunması, həbsdən buraxılan şəxslərlə maarifləndirici söhbətlərin aparılması, həmçinin ekologiyanın qorunması sahəsində məqsədyönlü işlər həyata keçirilir. 

Həmçinin Naxçıvan Şəhər Polis İdarəsinin veteranlar şurasının sədri Mübariz Quliyev, ictimai şuranın üzvü Mehdi Bağırov, Daxili İşlər Nazirliyinin İctimai Təhlükəsizlik İdarəsinin rəisi, polis polkovniki Ələşrəf İbrahimov 2019-cu ildə həyata keçirilən tədbirlərdən danışıblar.

Qeyd olunub ki, bu gün ictimai-siyasi sabitlik qorunub saxlanılır, gənclər, yeni ailə quranlar arasında mütəmadi olaraq hüquqi-maarifləndirmə söhbətləri aparılır, onların zərərli vərdişlərə meyllərinin qarşısının vaxtında alınması üçün işlər görülür. Bütün bu tədbirlərin həyata keçirilməsində fəaliyyət göstərən ictimai şuralar da yaxından iştirak edirlər.

 

Məhəmməd Fərəcov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: