“Milliyet” qəzeti: Heydər Əliyevin müəyyənləşdirdiyi neft strategiyası böyük bir coğrafiyada inkişafı təmin edib

A- A A+

Türkiyən çoxtirajlı “Milliyet” qəzeti ümummilli lider Heydər Əliyevin vəfatının 16-cı ildönümü ilə əlaqədar məqalə yayıb.

NUHÇIXAN xəbər verir ki, “Heydər Əliyevin uzaqgörənliyi” sərlövhəli məqalənin müəllifi Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri, professor Akkan Suverdir.

Məqalədə ulu öndər Heydər Əliyev şəxsiyyətinin ucalığı tərənnüm olunub. Müəllif mühakimə yürüdür ki, liderlərin əbədiyaşarlığını onun əməlləri, tarixi fəaliyyətlərinin əhəmiyyəti təmin edir. Heydər Əliyev məhz uzaqgörənliyi, ölkəsi və xalqı qarşısında misilsiz xidmətləri sayəsində insanların qəlbində yer qazanıb. Bütün bunlar tarixi faktlar və məntiqi mülahizələrlə türkdilli oxuculara çatdırılır. Məqalədə, həmçinin ulu öndər Heydər Əliyevin uzaqgörən neft strategiyası və onun sayəsində meydana çıxan digər beynəlxalq iqtisadi layihələrdən müfəssəl bəhs olunur. Diqqətə çatdırılıb ki, ulu öndər Heydər Əliyevin müəyyən etdiyi uzaqgörən neft strategiyası böyük bir coğrafiyada iqtisadi inkişafı təmin edib. Hazırda uğurla fəaliyyət göstərən Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi Ərzurum qaz xətləri, Bakı-Tbilisi-Qars dəmir yolu, Xəzər dənizini Avropaya birləşdirən TANAP və TAP, PEKİM və s. Ümummilli Liderimizin müəyyən etdiyi strategiyanın uğurlu nəticələridir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: