Tibbi sığortanın tətbiqi genişlənir

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti Yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Ordubad rayonunda icbari tibbi sığortanın tətbiqi və bu sahədə əhalinin maarifləndirilməsi məqsədi ilə tədbir keçirib.

Tədbirdə Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Elşad Məmmədov rayonda icbari tibbi sığortanın tətbiqinə başlanılmasının əhəmiyyətindən danışıb.

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Samiq Sadıxov bildirib ki, icbari tibbi sığortanın tətbiqi məqsədi ilə rayon üzrə qeydiyyatlı 50 min 151 nəfərə aid məlumatlar müvafiq icra hakimiyyəti orqanlarına müraciət edilərək toplanılıb.

Ordubad Rayon Mərkəzi Xəstəxanasında icbari tibbi sığortanın baza zərfinə daxil olan 1525 adda tibbi xidmətdən 687-si icra ediləcək. Qalan tibbi xidmətlər isə digər tibb müəssisələri tərəfindən həyata keçiriləcək.

Bildirilib ki, agentliyin its.naxcivan.az internet saytı yaradılıb. Saytda onlayn sığortalanma, müraciət və qeydiyyat bölmələri istifadəyə verilib ki, bu da əhalinin, internet üzərindən birbaşa elektron qaydada sığortalanmasına, qeydiyyatdan keçməsinə və onlayn müraciətlərin aparılmasına imkan verəcək.

 Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

 

                                                              Novruz Məmmədov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: