Sosial sığorta haqlarının ödənilməsi pensiya təminatına təsir edir

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Naxçıvan şəhər şöbəsi tərəfindən “Vətəndaşların pensiya təminatı məcburi dövlət sosial sığorta haqlarının ödənilməsindən asılıdır” mövzusunda növbəti maarifləndirici tədbir keçirilib.

Tədbirdə vurğulanıb ki, əmək pensiyalarının və məcburi dövlət sosial sığorta üzrə müavinətlərin vaxtında əhaliyə çatdırılmasında, yeni əmək fəaliyyətinə başlayan sığortaolunanların sosial sığorta şəhadətnamələri ilə təmin edilməsində və sığortaolunanların fərdi uçotunun aparılması qanunvericiliyə uyğun həyata keçirilir.

Tədbirdə yeni əmək fəaliyyətinə başlayan sığortaolunanlara sosial sığorta şəhadətnaməsi təqdim edilib. Sonda mövzu ilə bağlı suallar cavablandırılıb.

 

 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: