NUHÇIXAN xəbər verir ki, Rayon Polis Şöbəsinin əməkdaşları Şərur şəhər Sabir küçəsi bina 30, mənzil 5 ünvanında yaşayan Telman Cəfərov və mənzil 6 ünvanında yaşayan Elşad Məmmədovun evlərinə baxış keçirdikləri zaman elektrik enerjisindən qanunsuz istifadə faktı aşkarlayıblar.
Saxlanılan şəxslər tutduqları əməldən peşman olduqlarını bildiriblər. Fakt üzrə həmin şəxslər barəsində qanuna müvafiq olaraq tədbirlər həyata keçiriləcək.
Nurlan Sadiqov