Əcnəbilərin maarifləndirilmə tədbirləri davam edir - FOTOLAR

A- A A+

Dövlət Miqrasiya Xidmətində muxtar respublikamızda yaşayan, eləcə də haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olan əcnəbilərin iştirakı ilə növbəti maarifləndirmə tədbiri təşkil edib.  

Dövlət Miqrasiya Xidmətinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, tədbirdə Xidmətin əməkdaşı Kənan Məmmədov Miqrasiya sahəsində qanunvericiliyin tələblərinin pozulmasına görə mövcud qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyət barəsində ətraflı məlumat verib.

Eyni zamanda əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və azadlıqları, vəzifələri və miqrasiya qanunverciliyi  ilə bağlı nəzərdə tutulan məqamlar slayd vasitəsilə tədbir iştirakçılarına ətraflı izah olunub. Əcnəbilər üçün çıxışlar, təqdim edilən slayd və videoçarxlar ingilis dilində də səsləndilirib.

Sonra tədbir iştirakçılarına Xidmət tərəfindən hazırlanmış bukletlər təqdim olunub.        

Qarşılıqlı diskussiya şəraitində keçən tədbirdə əcnəbiləri maraqlandıran suallar da ətraflı cavablandırılıb.

Sonda müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin anım günü ilə əlaqədar əcnəbilərin Heydər Əliyev Muzeyinə ekskursiyası təşkil olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: