“Naxçıvan Muxtar Respublikası Ailə Təsərrüfatları İctimai Birliyi” təsis edilib

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Biznes Mərkəzində “Naxçıvan Muxtar Respublikası Ailə Təsərrüfatları İctimai Birliyi”nin Təsis Konfransı keçirilib.

Konfransda çıxış edən Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat naziri Tapdıq Əliyev təsis olunan Ailə Təsərrüfatları İctimai Birliyinin qarşısında duran vəzifələri diqqətə çatdırıb və birliyin işinin aparılması qaydaları barədə məlumat verib. Qeyd olunub ki, Birliyin yaradılmasında məqsəd muxtar respublikada ailə təsərrüfatı ilə məşğul olan şəxslərə informasiyaların verilməsi, maddi dəstək göstərilməsi, həmçinin onların potensialından cəmiyyətin iqtisadi həyatında səmərəli istifadə olnmasını təmin etməkdir. Təsis olunan birliyə muxtar respublikadakı ailə təsərrüfatçıları arasından daha çox fəallıq göstərənlər üzv qəbul edilib və həmin təsərrüfat sahibləri birliyin işində fəallıq göstərməlidirlər.

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı naziri Bəhruz Bayramov qeyd edib ki, ailə təsərrüfatı məhsullarının tanıdılması məqsədilə ötən dövrdə “Naxçıvan Biznes Mərkəzi” MMC-nin sərgi salonunda 45 ailə təsərrüfatının 108 növdə 140 çeşiddə məhsulu nümayiş olunub. Eyni zamanda istehsal olunan məhsulların satışı üçün Naxçıvan şəhərində və muxtar respublikanın rayonlarında “Ailə Təsərrüfatı Məhsulları” festivalları təşkil edilir. Bu da təsərrüfat sahiblərinin istehsal etdikləri məhsulların satışına öz müsbət təsirini göstərir. Nazir, Ailə təsərrüfatlarına göstərdiyi diqqətə və qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinə minnətdarlıq edib.

Sonra birliyin idarə heyəti sədrinin, sədr müavinin və idarə heyətinin seçilməsi təklifləri irəli sürülüb. Səs çoxluğu ilə Şərur rayonunun Düdəngə kənd sakini, ailə təsərrüfatçısı Mübariz Şirəliyev Birliyə sədr, Babək rayonunun Naxışnərgiz kənd sakini, ailə təsərrüfatçısı Qəzənfər Qurbanov sədr müavini seçiliblər. 8 ailə təsərrüfatçısı isə birliyin idarə heyətinə daxil edilib.

Konfransda birliyin nizamnaməsi qəbul edilib.  

Ərhan Novruzov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: