Əhalinin məşğulluğu diqqət mərkəzindədir

A- A A+

Babək Rayonunda  işaxtaran vətəndaşların əmək fəaliyyətinə cəlb olunması diqqət mərkəzində saxlanılır. Ötən ay ərzində 26 işaxtaran vətəndaş qeydiyyata alınıb. Onlardan 5-i gənclər, 6-sı qadın, 3-ü isə məhdud fiziki imkanlı şəxslərdir.

Noyabr ayında işaxtaran vətəndaşlardan 27-si iqtisadiyyatın müxtəlif sahələrində işlə təmin olunub. Gənclərin, məhdud fiziki imkanlı şəxslərin və qadınların məşğulluğunun təmin olunması məqsədilə görülən işlər ötən ay da davam etdirilib, 3 gənc və 1 qadın müvafiq işlərə göndərilib. Qeydiyyata alınan işaxtaran vətəndaşlardan 4-ü “qazanxana maşinisti”, 6-sı isə “dərzi” peşə hazırlığı kursuna cəlb edilib. Hesabat dövrü ərzində  məhdud fiziki imkanlı  5 qadın sosialyönümlü ictimai işlərə cəlb olunub.

Əhalinin məşğulluğunun təmin olunması istiqamətində tədbirlər bundan sonra da davam etdiriləcək.

                                                                                       Faiq Allahverdiyev

                                                                                    “Şərqin səhəri” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: