Babək qəsəbəsi: dünən və bu gün - FOTOLAR

A- A A+

Babək rayonunun mərkəzi olan Babək qəsəbəsinin yerləşdiyi ərazi sovet dönəmində Nehrəm kəndinin ictimai təsərrüfatının torpaq sahəsi olub. Araz çayı üzərində Su Elektrik Stansiyası tikilərkən su altında qalan Təzəkənd yaşayış məntəqəsinin sakinləri bu əraziyə köçürülüb. 1978-ci ildə Babək rayonu yaradılan zaman Babək qəsəbəsi rayonun mərkəzinə çevrilib. O dövrün canlı şahidləri bildirirlər ki, 1970-ci illərdə burada bir məktəb və bir neçə dövlət idarəsindən başqa heç bir tikili yox  idi.

Müstəqillik illərində isə Babək rayonunun bütün yaşayış məntəqələri kimi, Babək qəsəbəsi də abadlaşdırıldı, müasir infrastruktur yaradıldı, bütün dövlət qurumları üçün yeni inzibati binalar tikildi, iş şəraitləri yaxşılaşdırıldı. Son illərin quruculuq ərməğanlarına Babək Rayon İcra Hakimiyyətinin inzibati binası, dövlət qurumlarının yerləşdiyi dördmərtəbəli inzibati bina və Rabitə Evi  də daxildir. Təqdim edilən fotolarda dövlət orqanlarının yerləşdikləri binaların  əvvəlki görkəmlərindəki fərq göz önündədir...                                                                                                  

                                                                                     “Şərqin səhəri” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: