Payız suvarma mövsümü mütəşəkkil keçirilib

A- A A+

Babək Rayon Meliorasiya və Su Təsərrüfatı İdarəsi tərəfindən əkin sahələrinin suvarma suyu ilə təmin olunması, yeni torpaq sahələrinin əkin dövriyyəsinə qatılması, yaşıllıq sahələrinin genişləndirilməsi istiqamətində görülən işlər  ötən ayda da davam etdirilib.

Noyabr ayında su istifadəçilərinə 6,7 milyon kubmetr su verilib, bunun müqabilində 5 min 574  hektar torpaq sahəsi suvarılıb, Qaraçuq magistral kanalında və kənd ara arxlarında 4,9 kilometr lildən təmizlənmə işləri yerinə yetirilib, 25 hektar torpaq sahəsində qrunt sularının səviyyəsi aşağı salınaraq şoranlaşmanın qarşısı alınıb, çay və selovlarda 870 metr selə qarşı istiqamətləndirici bənd salınıb, nasos stansiyalarının təzyiqli boru xətlərində  350 metr təmir-bərpa işləri aparılıb.   

Ötən ay Uzunoba gölü ətrafında yaşıllıq sahələrini damcı üsulu ilə suvarılmasını təmin etmək üçün 11 kilometr suvarma xətti çəkilib.                                                    

                                                                                     “Şərqin səhəri” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: