Muxtar respublikada kəhrizlərin bərpası davam etdirilir

A- A A+

Meliorasiya və Su Təsərrüfatı Komitəsinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, ötən ay muxtar respublikada su istifadəçilərinə 23 milyon kubmetr su verilib, bunun müqabilində 18 min 781 hektar torpaq sahəsi suvarılıb.4,5 kilometr beton və torpaq kanal, 27  kilometr ara arxlar və  2 kilometr kollektor lildən təmizlənib, 1,2 kilometrlik açıq drenaj kanalı qazılıb. Həmçinin 1,5 hektar sahə hamarlanaraq əkinə yararlı hala salınıb, 40 hektar torpaq sahəsində qrunt sularının səviyyəsi aşağı salınaraq şoranlaşmanın qarşısı alınıb.

Ötən dövrdə yaşıllıq sahələrinin damcı üsulu ilə suvarılmasını təmin etmək üçün11 kilometr suvarma xətti çəkilib.Suvarma və içməli su mənbəyi kimi istifadə olunan 64 subartezian quyusunda təmir işləri aparılıb, yeni subartezian quyusu qazılıb, 5 kəhrizin bərpası davam etdirilib.

“Rayon mərkəzi və ətraf kəndlərin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi çərçivəsində Şərur rayonunun Cəlilkənd kəndində içməli su xəttinin tikintisinə başlanılıb, 3 kilometr  su xətti çəkilib. Şərur və  Ordubad rayonlarında  sutəmizləyici  qurğunun, Babək rayonunun Nehrəm kəndində içməli su xəttinin quraşdırılması davam etdirilib, 3,2 kilometr su xətti çəkilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: