Xurs kəndində ekoloji və hüquqi maarifləndirmə tədbiri - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər və Daxili İşlər nazirlikləri Ordubad Rayon İcra Hakimiyyəti ilə birgə rayonun Xurs kəndində “Ətraf mühitin mühafizəsi qanunvericiliyinin təbliği” mövzusunda ekoloji və hüquqi maarifləndirmə  tədbiri keçirib.

Tədbirdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şöbə müdiri Azər Məmmədov ətraf mühitin mühafizəsi tədbirlərindən, rayon ərazisində təbiətin qorunması istiqamətində görülən işlərdən danışıb. Həmçinin  xüsusi mühafizə olunan təbiət ərazilərində qış aylarında biotexniki tədbirlərin aparılması, torpaq, su ehtiyatlarının, atmosfer havasının mühafizəsi sahəsində görülən işlərdən ətraflı bəhs edib.

Tədbirdə Ordubad Rayon Polis Şöbəsinin ictimai təhlükəsizlik bölməsinin rəisi, polis mayoru Rauf Rüstəmov, Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkının direktoru Aydın Hüseynov, Xurs kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Həbib Məhərrəmov ətraf mühitin mühafizəsi işində ictimaiyyətin maarifləndirilməsinin əhəmiyyətindən danışıblar.

Maarifləndirici tədbir Xurs kənd tam orta məktəbində Naxçıvan təbiətini özündə əks etdirən sərgiyə baxışla davam edib.

Sonda isə Naxçıvan Televiziyasının hazırladığı “Naxçıvan təbiəti” adlı videomateriala baxış olub.

 

                                                                Vaqif Ağalarov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: