POS-terminallarda bildirişlərin kodlarla işarələnməsi

A- A A+

Plastik kartlarla ödənişlər aparan zaman əməliyyatlar bəzən müəyyən səbəblərdən baş tutmur. Bu zaman POS-terminal aparatının ekranında müvafiq kodlar öz əksini  tapır və kartın növünə uyğun kod nömrələri ilə xətanın səbəbini müəyyənləşdirmək olur.

Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyindən NUHÇIXAN-a verilən məlumata görə, POS-terminallarda bildirişlər kartların növünə uyğun olaraq aşağıdakı şəkildə işarələnir:

Visa/VisaElectron –kartlar üçün:

04, 07, 41, 43 – kart itirilib/oğurlanıb/kart bank tərəfindən bloklanıb

01, 02 – kartı buraxan bank tərəfindən problem

05 – karta xidmət edilmir

51 – hesabda kifayət qədər vəsait yoxdur

54 – kartın istifadə müddəti bitib

55 – pin-kod səhv daxil edilib

57 – əməliyyat aparmaq kart sahibi üçün qadağan edilib

61, 65 – POS-terminal üzrə kifayət qədər vəsait çıxarma məhdudiyyəti

82 - CVV-kod səhv daxil edilib

77 – gündəlik hesabatın çıxarılmasında(settlement) səhv

MasterCard/Maestro- kartları üçün:

04, 07, 41, 43, 33, 36, 37 – kart itirilib/oğurlanıb/kart bank tərəfindən bloklanıb

05 – karta xidmət edilmir

38 – pin-kod yığma məhdudiyyəti keçib

51 – hesabda kifayət qədər vəsait yoxdur

54 – kartın istifadə müddəti bitib

55 – pin-kod səhv daxil edilib

61, 65 – POS-terminal üzrə kifayət qədər vəsait çıxarma məhdudiyyəti

82 - CVV-kod səhv daxil edilib

77 – gündəlik hesabatın çıxarılmasında(settlement) səhv

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: