Daimi nümayəndəliyin rəhbəri təqdimat mərasimində iştirak edib - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Bakı şəhərində Naxçıvan Muxtar Respublikası daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov Azərbaycan Bəstəkarlar İttifaqında keçirilən "Azərbaycanın qeyri-maddi mədəniyyət abidələri və Ərtoğrul Cavid" on iki cildlik kitabının və "Sözləri Hüseyn Cavidindir" adlı ölkə bəstəkarlarının  əsərlərindən ibarət məcmuənin təqdimat mərasimində iştirak edib.

Qeyd edək ki, "Azərbaycanın qeyri-maddi mədəniyyət abidələri və Ərtoğrul Cavid" kitabında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun "Ərtoğrul Cavidin 100 illik yubileyinin qeyd olunması haqqında" müvafiq Sərəncamı xüsusi qeyd edilib.

Tədbirin təşkilatçıları Azərbaycan Bəstəkarlar İttifaqı və Hüseyn Cavidin Bakı şəhərindəki Ev Muzeyidir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: