Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin saytı yenilənib

A- A A+

Naxçıvan Muxtar Respublikasının Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən xəbərə  görə,  Komitənin dmstk.nakhchivan.az adlı rəsmi saytı yenilənmiş formatda istifadəyə verilib.

Saytda bölmələr yeni formada çeşidlənmiş, video və sosial çarxların, həmçinin digər vizual materialların vahid elektron bazasının formalaşdırılması, bu materialların daha geniş izləyici auditoriyasına çatdırılması nəzərdə tutulub.

Saytın təbliğat imkanları genişdir, əvvəlkinə nisbətən daha interaktivdir. Belə ki, sayt 2 səhifədən, 7 bölmə, 21 alt bölmə, 20 yarımbölmədən ibarətdir. Bu bölmələrdə komitənin strukturu, fəaliyyəti haqqında məlumatlar öz əksini tapıb.

Yenilənmiş internet saytı Komitənin fəaliyyətinin ayrı-ayrı istiqamətlərinin, bu sahədə olan yeniliklərin, həyata keçirilən tədbirlərin, genişmiqyaslı layihələrin  daha dolğun və operativ şəkildə işıqlandırılmasına şərait yaradacaq, ictimaiyyətə çatdırılmasını təmin edəcək. Həmçinin muxtar respublikada meliorativ tədbirlərin təbliğində informasiya və təcrübə rolunu oynayacaq.

Saytın əsas məqsədi bu sahə ilə ictimaiyyəti daha yaxından tanış etmək, sahə haqqında müxtəlif media orqanlarında yayımlanan araşdırma və məqalələri saytda toplayaraq baza təşkil etməkdir.


 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: