NUHÇIXAN xəbər verir ki, “Naxçıvan” Universitetində Beynəlxalq münasibətlər kafedrasının təşkilatçılığı ilə “Azərbaycanın xarici siyasətinin prioritet istiqamətləri: reallıqlar və perspektivlər” mövzusunda elmi konfrans keçirilib.
Konfransda universitetin tədris və tərbiyə işləri üzrə prorektoru Hüseyn Bağırsoylu ulu öndər Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə gəlməsi ilə ölkəmizdə əsaslı islahatların təməlinin qoyulması, müstəqil Azərbaycanın xarici siyasət strategiyası, qarşıda duran vəzifələri və prioritetlərini müəyyənləşdirməsindən danışıb. Qeyd olunub ki, xarici siyasətimiz ilk növbədə Azərbaycanın dövlət müstəqilliyini təmin etməyə yönəldildi. Ulu öndərin əsasını qoyduğu xarici siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir.
Daha sonra universitetin Beynəlxalq münasibətlər kafedrasının müəllimləri Nazlı Yaqubovanın “Azərbaycan Respublikasının xarici siyasətində Balanslaşdırılmış siyasət və Qoşulmama hərəkatı” Gülçin Ağayevanın “Dağlıq Qarabağ münaqişəsinin həlli problemləri və reallıqlar” və Aysel Abbasovanın “Azərbaycanın xarici siyasət strategiyasının müəyyən olunmasında enerji amili kimi” mövzularında çıxışları dinlənilib.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.
Seyfur Hacımuradov