Mülki Müdafiə Alayında praktik məşğələlər təşkil edilib - FOTOLAR

A- A A+

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Alayında hazırlıq planına uyğun olaraq praktik məşğələlər təşkil edilib.

NUHÇIXAN xəbər verir ki, şəxsi heyətin mənəvi-psixoloji, fiziki və döyüş hazırlığının yüksək səviyyədə saxlanılması məqsədilə sinif şəraitində nəzəri cəhətdən keçilən dərslər praktik məşğələlərdə daha da təkmilləşdirilib. Məşğələlər zamanı xilasedici dalğıclar qrupunun dalğıc avadanlıqlarından istifadəsi və xilasedici qayıqların taktiki-texniki göstəriciləri üzrə bilikləri daha da artırılıb.

Fövqəladə hadisə baş vermiş ərazidə kəşfiyyat işləri aparılıb, zərərçəkənlərin yerləri və dağıntının miqyası müəyyənləşdirilib, uçqunlar altında qalmış zərərçəkənlər xilas edilərək ilk tibbi yardım göstərilib.

Xilasedicilərin fiziki hazırlıqlarının artırılması məqsədilə mülki müdafiə qoşunlarının maneələr zolağı dəf edilib, pirotexniki heyət minalanmış sahələrdən keçidlər açaraq partlamayan minaları zərərsizləşdirib.

Xüsusi Riskli Xilasetmə Xidmətinin şəxsi heyəti yüksək dağlıq ərazilərdə və hündürmərtəbəli binalarda xilasetmə işlərinin aparılmasını və zərərçəkmişlərin təxliyəsini praktik icra edib.

Müasir yanğınsöndürmə avtomobillərinin taktiki-texniki imkanları və yanğınsöndürmə avadanlıqları üzrə şəxsi heyətin bilikləri təkmilləşdirilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: