Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən NUHÇIXAN-a verilən xəbərə görə, ötən ay ərzində fövqəladə hallarda fəaliyyəti zəruri olan 41 müəssisə və təşkilatın fövqəladə hallara hazırlıq vəziyyəti yoxlanılıb, aşkar olunan nöqsanların aradan qaldırılması istiqamətində zəruri tədbirlər həyata keçirilib. Təhlükə pоtensiallı 2 müəssisədə 7 qurğu sınaqdan keçirilərək texniki təhlükəsizlik sertifikatı ilə təmin edilib, 7 avtokranın təhlükəsiz istismar edilməsinə nəzarət olunub, 11 müəssisədə tехniki təhlükəsizlik qаydа və normаlаrının pozulmаsı halları aradan qaldırılıb, 2 müəssisə təhlükə potensiallı obyektlərin dövlət reyestrində təkrar qeydiyyatdan keçirilib və 5 müəssisədə mühafizə işinin təşkili yoxlanılıb.
Mülki müdafiə işinin təşkili ilə bağlı müəssisə və təşkilatlara metodiki köməklik göstərilib, obyektlərdə mülki müdafiə qüvvələrinin şəxsi heyəti ilə qrup məşğələləri keçirilib.
Muxtar respublikada yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə 246 obyektdə yanğın-texniki müayinələr aparılıb, Naxçıvan, Culfa və Şahbuz şəhərlərində, həmçinin hərbi hissələrdə qazanxanalara baxış keçirilib, 2 icra hakimiyyəti orqanında, 53 obyektdə 2116 nəfərin iştirakı ilə maarifləndirici tədbir keçirilib. Yerli icra hakimiyyəti orqanlarının nümayəndələri ilə birlikdə 5441 yaşayış evində qaz və elektrik qızdırıcı cihazlarına baxış keçirilib, 15 min 251 nəfər yanğına qarşı təlimatlandırılıb. Müəssisə və təşkilatlarda izahat işləri aparılaraq 182 nəfərin ocaqçı-maşinist ixtisası üzrə kurslara cəlb olunması təmin edilib, 44 obyektdə daşınmaz əmlakın yanğından icbari sığortası təmin edilib.