Naxçıvan alimlərinin daha bir uğuru

A- A A+

AMEA-nın Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun əməkdaşları tərəfindən Darıdağ sürmə filizi 1073-1173K temperaturda əridilib və təmiz metallik sürmə alınıb.

Bölmənin İnformasiya şöbəsindən NUHÇIXAN-a verilən məlumata görə, Müxtəlif xassəli bu materiallar maşın və mexanizmlər üçün akkumulyatorların, xüsusi xassəli poladların, mətbəə şiriftlərinin, elektrik kabel örtüklərinin, turşuya davamlı boruların istehsalında və hərbi sənayedə geniş istifadə edilir. Amorf sürmənin özündən isə kosmetik vasitə kimi istifadə edilən “koxl” və “kajal” adlı məhsulların hazırlanmasında, eyni zamanda gözlərin müalicəsində tətbiq olunur. Darıdağ sürmə filizinin tərkibi, təqribən 50 faiz antimonitdən (sürmə(III) sulfiddən), 20 faiz sürmə oksiddən və digər qarışıqlardan ibarətdir.

Tədqiqatların davamı kimi sürmənin süzüntüsündən ikinci məhsul olaraq natrium aluminium zəyi alınıb. Bu kimyəvi məhsuldan əsasən sənaye sularının təmizlənməsində, tərəvəz, meyvə, eləcə də balıq əti konservilərinin  hazırlanmasında  konservant,  tibbdə qankəsici və damar yandırıcı kimi istifadə edilir. Həmçinin parçaların boyanmasında, kağız məmulatlarının yapışdırılmasında, dəri və xəzlərin aşılanmasında işlədilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: