Naxçıvanlı gənc alimin kitabı Latviyada nəşr edilib - FOTOLAR

A- A A+

AMEA-nın Naxçıvan Bölməsində İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Nərgiz İsmayılovanın “Məmməd Səid Ordubadi: Şərq və Qərb” monoqrafiyasının təqdimatı keçirilib.

AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsindən NUHÇIXAN-a verilən məlumata görə, tədbirdə institutun direktoru Əbülfəz Quliyev Latviyada nəşr olunan kitabın Azərbaycan ədəbiyyatının, söz sənətinin dünyada təbliğ edilməsi baxımından əhəmiyyətli olduğunu bildirib.Qeyd edib ki, nəşrdə müəllif Məmməd Səid Ordubadinin həyat və yaradıcılığına ümumi nəzər salıb, romanlarında öz əksini tapan Avropa mühiti, habelə Şərq və Qərbin müqayisəsinin təhlilini aparıb. Monoqrafiyada Şərq Qərb dialoqu, Şərq Qərb əlaqələri, eyni zamanda Şərqin ədəbi, mədəni əlaqələrinin Qərb tərəfindən mənimsənilməsi gənc tədqiqatçı tərəfindən yığcam şəkildə işıqlandırılıb.

Daha sonra institutun elmi işlər üzrə direktor müavini, professor Hüseyn Həşimlinin “Məmməd Səid Ordubadi irsinə Şərq və Qərb kontekstindən baxış” mövzusunda çıxış edib.

Sonra bölmənin elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Rəşad Zülfüqarov yeni nəşrlə bağlı fikirlərini bölüşüb.

Sonda müəllif tədbir iştirakçılarına öz minnətdarlığını bildirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: