Yeni metodik vəsait işıq üzü görüb - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Naxçıvan Müəllimlər İnstitutunun müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru Qızıllı Əliyevanın “Orta məktəbin üzvi kimya kursunda oksidləşmə-reduksiya reaksiyaları tədrisinin metodiki əsasları” vəsaitinin təqdimatı olub.
İnstitutun prorektoru Azad Novruzov bildirib ki, vəsaitdən orta məktəb müəllimləri kimya dərslərinin məzmununun zənginləşdirilməsində istifadə edə bilərlər. Eyni zamanda vəsaitdən ali məktəbdə də kimyanın tədrisi metodikası fənnində istifadə etmək olar.
İştirakçıların kitab haqqında mülahizələri dinlənilib və geniş müzakirə edilib.