Gənclər Ahıllar evində olublar - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi, Gənclər və İdman nazirliklərinin və Şahbuz Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Naxçıvan Dövlət Universitetinin tələbələri Ahıllar evində olublar. Keçirilən görüşdə çıxış edənlər, muxtar respublikada ahıllara göstərilən hərtərəfli dövlət qayğısından danışıblar. Həmçinin muxtar respublikada gənclərin fəallığı, hazırladıqları sosial layihələr haqqında da ətraflı məlumat verilib.
Çay süfrəsi ətrafında davam etdirilən tədbirdə gənclər rəqs nömrələri nümayiş etdirib, musiqilər səsləndiriblər. Sonda isə Ahıllar evinin sakinlərinə hədiyyələr təqdim olunub.
Qeyd edək ki, Ahıllar evində 6 sakin yaşayır. Burada sakinlərin rahat yaşayışı üçün hər cür şərait yaradılıb. Həmçinin, müəssisədə istirahət, idman və əmək terapiyası otaqları, kitabxana da fəaliyyət göstərir.