Sağlamlıq imkanları məhdud uşaqların rəsm və əl işlərindən ibarət sərgi - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Babək rayonunda sağlamlıq imkanları məhdud uşaqların rəsm və əl işlərindən ibarət sərgi təşkil olunub. Sərgidə 27 uşağın 260-dan çox rəsm və əl işi sərgilənir.

Tədbirdə Babək Rayon İcra Hakmiyyəti başçısının müavini Səbinə Abbasova qeyd edib ki, bu il rayonda 391 sağlamlıq imkanları məhdud uşaqdan 86 uşağa məktəbli forması və məktəbli ləvazimatları, eləcə də qış geyimləri təqdim edilib.

Bildirilib ki, bu cür sərgilərin təşkil olunması da onlara göstərilən diqqət və qayğının daha bir təzahürüdür. Məqsəd sağlamlıq imkanları məhdud uşaqların yaradıcılıq potensialını inkişaf etdirmək, onların bacarıq və qabiliyyətini üzə çıxarmaqdır. 

Sonra tədbir iştirakçıları sağlamlıq imkanları məhdud uşaqların rəsm və əl işlərindən ibarət sərgiyə baxıblar. Toxuculuq, dekorativ tətbiqi sənət nümunələri, aplikasiya, tullantılardan hazırlanan əl işləri və rəsm əsərləri maraqla qarşılanıb.

 

                                                                                       Turab Hacızadə

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: