Rəsm müsabiqəsinə yekun vurulub - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin dərnək üzvləri arasında 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar rəsm müsabiqəsi keçirilib.

Müsabiqədə çıxış edənlər şagirdləri qarşıdan gələn 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə təbrik edib, fəaliyyətlərində uğurlar arzulayıblar. Müsabiqədə bütün yaş qruplarından olan 40 dərnək üzvü iştirak edib. Müsabiqənin əsas qayəsini təbiət təsvirləri,  Naxçıvanın tarix-memarlıq abidələri, milli dəyərlər və adət-ənənələrini əks etdirən rəsm əsərləri təşkil edib.

Müsabiqə qalibləri münsiflər heyəti tərəfindən müəyyənləşdirilib, diplomla mükafatlandırılıblar.

Qeyd edək ki, 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar dekabr ayı ərzində muxtar respublikanın şəhər və rayon ümumtəhsil məktəblərinin şagirdləri arasında silsilə tədbirlər həyata keçirilir.

 

Röyal Kərimov

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: